Kifayət qədər vaksin ehtiyatımız var - TƏBİB

13:16 02.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bizim kifayət qədər vaksin ehtiyatımız var”.

Hafta.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, vaksinlər gəlməkdə davam edir:

“Vaksinasiya çərçivəsində xeyli vaksin alacağıq. Həm də ikitərəfli müqavilələrimiz var. Vaksinlər ölkəyə gəlir və əhali üçün əlçatandır. Bundan sonra elmi statistik məlumatlar əsasında hansı vaksinlərə ehtiyac yaranacaqsa, hansı uyğun olacaqsa, ehtiyatlarımızı daim yeniləcəyik”.